Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenizaman-ın Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında münasibətlərin inkişafını, o cümlədən ticarət, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər.

.