Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Prezidentlər Belarus və Rusiya arasında əməkdaşlığın perspektivləri, o cümlədən müdafiə sahəsində və digər məsələlərə toxunublar”, - məlumatda deyilir.

Prezidentlər həmçinin Belarus liderinin Sankt-Peterburqa gözlənilən səfəri zamanı keçiriləcək tədbirlər proqramını müzakirə ediblər.

.