Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçirir.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin və Ərdoğanın beynəlxalq xarakterli müxtəlif məsələləri və ikitərəfli əməkdaşlığı müzakirə edəcəkləri gözlənilir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna məsələsinin müzakirəsini də istisna etməyib.

"Yəqin ki, Ukrayna müzakirə olunacaq", - o, Ankaranın münaqişənin siyasi-diplomatik həllinin axtarışındakı rolunu qeyd edib.

Bundan əlavə, Y.Uşakov Yaxın Şərq, Qafqaz və digər regionlardakı vəziyyətin müzakirə olunacağına əminliyini ifadə edib.

Rusiya Prezidentinin köməkçisi, bunun cari ildə V.Putin və R.Ərdoğan arasında ilk şəxsi görüş olacağını xatırladıb.

.