
“Sizin birbaşa iştirakınızla Rusiya və Türkiyə arasında münasibətlərin inkişaf tempi qorunub saxlanılır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşünün protokol hissəsində çıxışında bildirib.
“Bildirmək istəyirəm ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət trend saxlanılır. Bu, ötən ilki kimi güclü olmasa da, müsbətdir. Üstəlik münasibətlər diversifikasiya olunur. Təkcə ənənəvi əməkdaşlığımızın olduğu energetika, kənd təsərrüfatı sahələri deyil, digər istiqamətlər də inkişaf edir. Bu, məni çox sevindirir. Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu regionda energetika sahəsindəki vəziyyəti daha stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyəli istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir. Metallurgiya sənayesi sahəsində də münasibətlər inkişaf edir və bu yaxşı perspektivə malikdir. Energetika sahəsində də əminliklə hərəkət edirik. Hər iki tərəfdən əsas ixracatçı və istehlakçılar arasında razılıq əldə olunub. Akkuyu AES-in tikintisi davam edir. Rusiya nüvə yanacağının ilk partiyasını çatdıranda sonra Türkiyə sözün həqiqi mənasında nüvə dövlətləri beynəlxalq klubunun üzvünə çevrilib. Hər şey plan üzrə gedir. Gələn il, biz AES-in ilk blokunu işə salırıq”, - deyə Putin qeyd edib.
.