Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi əməliyyatları niyə dayandırmaq istəmədiyini açıqlayıb.
Yenizaman xəbər verir ki, Putin bunu rəsmi Kiyevin prezident seçkiləri keçirmək istəməməsi ilə əlaqələndirib.
"Əgər hərbi əməliyyatlar dayansa, Kiyev hərbi vəziyyəti ləğv etməli, prezidenti seçkiləri keçirməli olacaq. Lakin Ukrayna hakimiyyəti bunda maraqlı deyil, - deyə Rusiya prezidenti qeyd edib.
Putin Ukraynanın Kursk vilayətinə nə üçün soxulduğunu da açıqlayıb. Vurğulayıb ki, məqsəd Rusiya ordusunun Donbassda irəliləməsinin dayandırmaq olub.
O, Kiyevin bu təxribatının iflasa uğrayacağına əmin olduğunu bildirib.
.