Rusiya Prezidenti Vladimir Putin 8 Mart – Beynəlxalq Qadınlar günü öncəsi qadın pilotlarla görüş keçirib.
TASS xəbər verir ki, o, Qərbin elan etdiyi sanksiyaları müharibə ilə eyniləşdirib.
“Rusiyaya qarşı elan olunmuş sanksiyalar müharibə elanı ilə eynidir. Amma hələ ki buna gəlib çatmayıb”, - Putin deyib.
O, üçüncü tərəfi Ukraynada qeyri-uçuş zonası yaratmaqdan çəkinməyə çağırıb: “Rusiya Ukraynada qeyri-uçuş zonasının yaradılması barədə qərar verən istənilən ölkəni münaqişə tərəfi hesab edəcək”.
Putin: “Ukraynanın bütün hərbi infrastrukturu və HHM sistemləri məhv edilib”
Ukraynadakı hərbi əməliyyatlar qrafik üzrə davam edir.
TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar günü öncəsi qadın pilotlarla görüşdə bildirib.
“Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zamanı Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib”, - Rusiya lideri vurğulayıb.
O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.
Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.
Rusiya Prezidenti Ukraynanın silahsızlaşdırılmasından danışıb
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantlarının olduğunu açıqlayıb.
Putin həmin variantların Kiyevlə danışıqlar masasında olduğunu bildirib.
“Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantları var. Onlar Kiyevlə danışıqlar masasındadır. Müsbət reaksiyaya ümid edirik”, - Rusiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, Rusiya tərəfi Kiyevlə danışıqlarda irəli sürdüyü təkliflərdən biri Ukraynanın demilitrizasiyasıdır (silahsızlaşdırılması).
.
