
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.
Bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.
Putin qeyd edib ki, Rusiya Ukrayna ilə 30 günlük atəşkəsin tərəfdarıdır, lakin Kursk vilayəti də daxil olmaqla, nüanslar var:
"Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? 2 min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək?
Hərbi əməliyyatların dayandırılması əmrini kim verəcək və bu məsələlərin qiyməti nədir? Bu razılaşmanı pozmaqda kim kimi günahlandıracaq? İdeyanın özü düzgündür, amma müzakirə etməli olduğumuz məsələlər var", - Rusiya lideri qeyd edib.
Putin Trampla məlum məsələni telefonla müzakirə edəcəyini istisna etməyib.
Rusiya prezidenti Ukraynada 30 günlük atəşkəs haqqında isə bunları deyib:
“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın.
Ukraynanın hərbi əməliyyatları dayandırmağa hazır olmasına gəldikdə isə... Bilirsiniz, Səudiyyə Ərəbistanında Amerika-Ukrayna görüşü zahirən Ukrayna tərəfinin Amerikanın təzyiqi altında verdiyi qərara bənzəyir. Əslində, mən tamamilə əminəm ki, Ukrayna tərəfi, bayaq deyildiyi kimi, yerdə yaranan vəziyyətə əsaslanaraq, bunu amerikalılardan ən təkidli şəkildə istəməli idi”.
Putin Trampa Ukraynadakı vəziyyətin həllinə göstərdiyi diqqətə görə təşəkkür edib.
Kiyev üçün 30 günlük atəşkəs sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb
Yerdə vəziyyət sürətlə Rusiya Federasiyasının xeyrinə dəyişir.
Bunu Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, Kursk vilayətinin Sudja şəhərinin azad edilməsinə görə rusiyalı döyüşçülərə təşəkkür edib:
"Rusiya Federasiyası Sudjaya bitişik bütün yaşayış məntəqələrini bir-bir azad edir.Kursk vilayətində hər şey Rusiya Federasiyasının tam atəş nəzarəti altındadır. Ukrayna hərbçilərinin mühasirədən qaçması qeyri-mümkün olur. Ukrayna üçün 30 günlük atəşkəsə nail olmaq sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb.
Ukrayna silah əldə etmək və ya məcburi səfərbərlik üçün atəşkəsdən istifadə edə bilər. Rusiya Silahlı Qüvvələri demək olar ki, hər yerdə irəliləyir, atəşkəs olacağı təqdirdə təmas xəttində vəziyyətin necə həll ediləcəyi bəlli deyil",- Rusiya prezidenti qeyd edib.
Putinin sözlərinə görə, Rusiya Federasiyası münaqişəyə son qoymaq və yerdəki vəziyyətə əsaslanaraq məqbul razılaşmalar əldə etmək üçün növbəti addımları müzakirə edəcək.
.