Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları özü üçün çətin qərar adlandırıb.

TASS xəbər verir ki, o, Ukraynanın Donbass bölgəsini blokadaya aldığını bildirib.

“Rusiya Ukraynadakı münaqişəni dinc yolla həll etmək istəyirdi. Donbasa rusca sərbəst danışmaq və öz qaydaları ilə yaşamağa icazə verilməli idi”, - vurğulayıb.

Putin hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.

Putin Qərbin Ukrayna ilə bağlı mövqeyini absurd teatrı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukrayna ilə bağlı mövqeyini absurd teatrı adlandırıb.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

“Qaraya ağ, ağa qara deyirlər”, - Putin qeyd edib.

.