“Ukrayna Rusiya Federasiyası ilə təmaslar tələb edir, mən bu təmaslara hazıram, amma mən bunun mənasını görmürəm, razılığa gəlmək mümkün olmayacaq”.

Bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Ukraynada hər hansı xarici qoşun peyda olarsa, onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq, əgər uzunmüddətli sülh razılaşmaları əldə olunarsa, onlara (xarici qoşunlara-red) ehtiyac qalmayacaq.

Hələlik heç kim Rusiya ilə təhlükəsizlik zəmanətlərini ciddi səviyyədə müzakirə etməyib. Onlar həm Rusiya Federasiyası, həm də Ukrayna üçün mövcud olmalıdır.

Rusiya Ukrayna ilə bağlı sülh razılaşmalarına onlar əldə edildikdə tam riayət edəcək. Əgər Ukrayna tərəfdən kimsə həqiqətən də görüşmək istəyirsə, biz hazırıq, bunun üçün ən yaxşı yer qəhrəman şəhər Moskvadır", - Putin vurğulayıb.

.