Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Belə bir səfəri istisna etmirəm. Bütün hazırlıq tədbirləri tamamlandıqdan sonra bu barədə bəyanatı verəcəyik”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin avqustun 9-da Sank-Peterburqda görüşüb.
.