Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Finlandiyada görüşməyə hazır olduğunu bildirib.

TASS agentliyi xəbər verir ki, görüşün Arktika Şurası sammiti çərçivəsində keçirilməsi planlaşdırlır. Putin Finlandiyanın belə görüş üçün uyğun ölkə olduğunu açıqlayıb:

Zənnimcə,bu kimi tədbirləri təşkil etmək üçün Finlandiya çox uyğun ölkə, Helsinki isə çox uyğun meydandır.

Bununla yanaşı Rusiya prezidenti qeyd edib ki, belə hadisələr hər iki tərəfdan yaxşı hazırlanmalıdır:

Əgər baş tutsa, belə tədbirdə iştirak etməyə şad olarıq. Yox əgər olmasa, düşünürəm ki, "İyirmiliyin” müvafiq adi görüşləri çərçivəsində (Almaniyada, bu ilin iyul ayında) belə görüş baş tuta bilər.

.