Rusiya prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, tərəflər KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatını və sülhməramlıların ölkədən çıxarılmasına başlanmasını müzakirə ediblər.

Tokayev respublikada asayişin nəhayət bərpası istiqamətində görülən tədbirlərdən də danışıb. Qazaxıstan Prezidenti Vladimir Putinə ölkədə asayişin bərpasında Rusiya Federasiyasının köməyinə və dəstəyinə görə minnətdarlığını bildirib.

.