"Mən Krım tatarlarına yarımadanın Rusiyaya qatılmasına səs verdikləri üçün minnətdaram."

Bunu Rusiya prezidenti Vladimir Putin Yaltada keçirdiyi konfrans zamanı söyləyib.
Onun sözlərinə görə, 2014-cü ilin martında Krım yarımadasının Rusiyaya qatılması üçün keçirilən referendumda tatarlar kifayət qədər aktivlik nümayiş etdiriblər: "Həmin referendumda Rusiyaya birləşməyin tərəfdarları 66% səs yığdılar. Bu çox böyük rəqəmdir. İnsanların belə aktiv olması artıq çox şeydən xəbər verirdi”.
.