
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu ölkəsinə səfərə dəvət edib.
Bu barədə məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
Məlumata görə, Putin həmkarının dəvətini qəbul edib: “Ziyafətdən sonra Kim Çen In Putini ona uyğun bir zamanda Şimali Koreyaya səfərə dəvət edib. Putin isə məmnuniyyətlə dəvəti qəbul edib”.
Xatırladaq ki, Kim Çen In sentyabrın 12-si Rusiyaya səfər edib. Sentyabrın 13-ü isə Amur vilayətində “Vostoçnıy” kosmodromunda liderlər arasında görüş keçirilib. Tərəflər arasında danışıqlar 5 saatdan çox davam edib.
.