Çin Xalq Respublikasının Sədri Si Cinpinin mayda Rusiyaya səfər proqramı zəngin olacaq.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Çinin xarici işlər naziri Van İ ilə danışıqlar zamanı bildirib.

Öz növbəsində, Van İ qeyd edib ki, Putinin Çinə qarşıdan gələn səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək.

Çinin xarici işlər nazirinin Moskvaya səfəri martın 31-də başlayıb və aprelin 2-dək davam edəcəyi gözlənilir.

.