Az əvvəl Peterburqda Qarabağ müzakirələri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşü başlayıb. Virtualaz.org xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib. "Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı”-Sərkisyan deyib.
Putin isə münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını bildirib.
.
