Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 50 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 75.01%% səslə qalib gəlib.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 13,39% səsini toplaya bilib. Üçüncü yerdə 6,34% faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,41% səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.






.