Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Səud arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin və Məhəmməd bin Salman əl-Səud qlobal enerji bazarlarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki lider OPEC+ formatı da daxil olmaqla birgə işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər müxtəlif sahələrdə Rusiya-Səudiyyə Ərəbistanı əməkdaşlığını daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

.