Yeni S-500 hava hücumundan müdafiə sistemləri tezliklə Rusiya ordusunun istifadəsinə veriləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə hərbi sənaye kompleksinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə 200-dən çox uçuş aparatı, 26 ədəd S-350 və S-400 zenit raket kompleksi, eləcə də yeni S-500 sistemləri Rusiya ordusunun istifadəsinə veriləcək.

V. Putin qeyd edib ki, son dörd il ərzində Rusiya Silahlı Qüvvələri 25 ədəd S-400 kompleksi, 70-dən çox müasir qırıcı təyyarə ilə təchiz edilib, 20-dən çox S-300 və 90 uçuş aparatı modernizasiya olunub.

.