Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib.

Putin sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20%, avrozona üçün isə ümumilikdə 11% artdığını qeyd edib.

“Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”, - Putin vurğulayıb.

Rusiya lideri ölkəsinin sanksiyaların təsirindən uğurla çıxacağını bəyan edib.

.