Uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan Rusiya ərazisinə zərbələr endirmək mümkün deyil.
Bunu Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
O qeyd edib ki, Rusiya, özünü silahlarından Rusiya hədəflərinə qarşı istifadə etməyə icazə verən ölkələrin hədəflərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir.
Putin bildirib ki, hazırda Rusiyanın “Oreşnik” raketlərinə qarşı mübarizə aparacaq heç bir vasitə yoxdur.
Onun sözlərinə görə, mövcud raketdən müdafiə sistemləri, o cümlədən Avropadakı Amerika elementləri "Oreşnik" kimi raketləri ələ keçirə bilməyəcək.
“Oreşnik” raket sisteminin döyüş şəraitində sınaqları NATO ölkələrinin Rusiyaya qarşı aqressiv hərəkətlərinə cavab olaraq həyata keçirilir. Rusiya "Oreşnik" kimi sistemlərdən istifadə halında mülki şəxslərə əvvəlcədən xəbərdarlıq edəcək", - o bildirib.
Putin vurğulayıb ki Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır. “Cavab həmişə olacaq”, - deyə Rusiya prezidenti bildirib.
Putin Rusiyanın hadisələrin istənilən inkişafına hazır olduğuna şübhə edənlərə "Nahaq yerə" deyərək xəbərdarlıq edib.