Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki etiraz aksiyalarını şərh edərək, onlara əks olan qüvvələrin xalqın yığılmış narazılığından istifadə etməyə çalışdıqlarını bildirib.

V.Putin bu barədə Rusiya mətbuatında çalışan redaktorları ilə görüşündə deyib.

Videogörüntü vasitəsi ilə baş tutan müsahibənin çəkilişi “Rossiya 1” kanalında yayımlanıb.

V.Putin qeyd edib ki, insanların narazılığından istifadə edən qüvvələrin məhz indiki zamanı seçməsi təsadüfi deyil:

“Məhz indi, bütün dünyada və bizdə insanlar yorğun olanda, qıcıq hissi yığılıb qalanda, narazılıq yarananda, o cümlədən həyat şərtləri ilə əlaqədar narazılıq yaranır”.

Rusiya Prezidentinin sözlərinə görə, indi insanların yaşayışı həmçinin koronavirus pandemiyası ilə əlaqədar çətinləşib.

 

.