Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına “Rusiya Federasiyası vətəndaşlığı haqqında” yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsi Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada ala biləcək şəxslərin siyahısını 20-dən çox kateqoriyaya genişləndirir.

Onların arasında: həmvətənlər (keçmiş SSRİ vətəndaşları və onların uşaqları, könüllü köçürmə proqramının iştirakçıları), Rusiyada yaşayan yaxın rus qohumları olanlar, Rusiya İmperiyasının və ya SSRİ-nin ərazisində (Rusiya Federasiyasının hüdudları daxilində) daimi yaşayanların nəsillərindən olan şəxslər var.

.