Koronavirus pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, son vaxtlar Rusiya-Türkiyə əlaqələrinin, ilk növbədə, ticarət və iqtisadi, enerji və hərbi-texniki sahələrin inkişafı üçün çoxlu işlər görülüb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Yeni il münasibətilə təbrik məktubunda bildirilib.

Rusiya Prezidenti qeyd edib ki, kosmosun dinc yolla tədqiqi və virusa qarşı vaksinlərin istehsalı sahəsində iki ölkə arasında əməkdaşlığın yaxşı perspektivləri var. Putin birgə səylərlə səmərəli ikitərəfli əməkdaşlığın, o cümlədən beynəlxalq məsələlərdə sıx tərəfdaşlığın Rusiya və Türkiyənin dost xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq daha da inkişafını təmin etməyin mümkün olacağına əminlik ifadə edib.

.