Rusiya Prezidenti Vladimir Putin “Rosqvardiya”nın direktor müavini general-mayor Aleksandr Kurenkovu Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə general-mayor Aleksandr Vyaçeslavoviç Kurenkovu Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri təyin edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya FHN-in keçmiş rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən faciəvi şəkildə həyatını itirib.

.