“146 milyon sakin böyük ərazisi olan Rusiya üçün yetərli deyil”.

Bu barədə Prezident Vladimir Putin keçirdiyi ənənəvi böyük mətbuat konfransında söyləyib.

Putin demoqrafik böhranı Rusiyanın əsas problemlərindən biri hesab edib.

“Demoqrafik problemlərə görə işçi qüvvə çatışmazlığı yaşayırıq. 146 milyon əhali Rusiyanın böyük ərazisi üçün kifayət etmir”, - deyə o vurğulayıb.

“Manej” Sərgi Salonunda keçiriləcək tədbirə 507 jurnalist akkreditasiya alıb.

 

Putin orta ömür yaşının koronavirus səbəbidən 71,5 ildən 70,1 ilə düşməsini də narahatedici faktor adlandırıb.

.