Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirmir, ancaq amerikalılar bunu hazırda edirlər.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Cenevrədə keçirilən Rusiya-ABŞ sammitinin nəticələri barədə danışarkən deyib.

“Təlimlərə gəlincə: biz hərbi təlimləri öz ərazimizdə keçiririk, necə ki, Birləşmiş Ştatlar da öz ərazilərində çox təlimlər keçirirlər. Ancaq biz öz texnika və şəxsi heyətimizi ABŞ-ın dövlət sərhədlərinə daşıyaraq orada təlimlər keçirmirik. Təəssüf ki, amerikalı tərəfdaşlarımız bunu hazırda edirlər”, - deyə Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, bunun fonunda narahatlıqlar Amerika tərəfindən deyil, Rusiya tərəfindən irəli sürülməlidir: “Eləcə də bu, danışıqların və mövqelərin müəyyən edilməsinin mövzusudur”.

.