"Nə qədər ki, nüvə silahı mövcuddur, onun tətbiq edilməsi təhlükəsi də mövcuddur".

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun plenar iclasında bildirib.

"Nə qədər ki, nüvə silahı var, ondan istifadə təhlükəsi həmişə var", deyə Rusiya prezidenti vurğulayıb.

Putin nüvə təhlükələri ilə bağlı bugünkü hay-küyü primitiv adlandırıb: "Qərb Rusiyaya qarşı çıxmaq üçün əlavə arqumentlər axtarır, müttəfiqlərinə və neytral ölkələrə təsir etmək istəyir".

Putin: Kiyev “çirkli bomba” yaratmaq üçün “Toçka-U”ya nüvə yanacağı yükləyə bilər

“Rusiya ukraynalıların harada "çirkli bomba" hazırladığını təxmini bilir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin qeyd edib ki, Kiyev “çirkli bomba” yaratmaq üçün “Toçka-U”ya nüvə yanacağı yükləyə bilər:

“Kiyev “çirkli bomba”nın hazırlanmasının izlərini ört-basdır etmək üçün hər şeyi edir”.

Rusiya Prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “çirkli bomba” xəbərlərini yoxlamaq üçün Ukraynaya səfərini dəstəklədiyini də söyləyib.

Putin müdafiə naziri Sergey Şoyquya Ukraynanın “çirkli bomba” ilə təxribatı barədə həmkarlarına məlumat verməyi şəxsən tapşırdığını da bildirib.

.