Kreml Rusiya Prezidenti Vladimir Putinlə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığının təfərrüatlarını açıqlayıb.

Kremlin mətbuat xidməti verdiyi xəbərə görə, telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

“Ərdoğanın Mariupoldakı vəziyyətlə bağlı qaldırdığı məsələ ilə bağlı Rusiya prezidenti qeyd edib ki, şəhər azad edilib və orada hərbi əməliyyatlar aparılır. “Azovstal” zavodunun ərazisində mühasirəyə alınmış ukraynalı hərbçilərə və millətçi batalyonlara gəlincə, Kiyev hakimiyyəti siyasi məsuliyyəti öz üzərinə götürməli və humanist mülahizələri rəhbər tutaraq onlara silahı yerə qoymağı əmr etməlidir.

Vladimir Putin türkiyəli həmkarını Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarındakı vəziyyət barədə də məlumatlandırıb.

Liderlər Türkiyə gəmilərinin Rusiya tərəfinin təşkil etdiyi humanitar dəniz dəhlizi boyunca Qara dənizdəki limanlardan təhlükəsiz şəkildə çıxması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirməyə razılaşıblar.

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin, o cümlədən hava nəqliyyatı və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də baxılıb. Ticarət-iqtisadi əməkdaşlığın artımından xüsusi məmnunluq ifadə olunub.

Müntəzəm dialoqun davam etdirilməsi razılaşdırılıb”, - Kremlin məlumatında qeyd olunub.

.