Canlı yayımda sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı suala da cavab verib.
Virtualaz.org "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin Qarabağ məsələsinin çox incə məsələ olduğunu xatırladıb.
"Rusiya əlindən gələni edəcək ki, Dağlıq Qarabağ böhranının həllini tapsın”, - Putin belə deyib.
"Biz Qarabağ məsələsinin həllində maraqlıyıq. Rusiya həm Azərbaycan, həm də Ermənistanla işləməkdə maraqlıdır”, - Rusiya prezidenti bildirib.
Rusiya prezidentinin sözlərinə görə, bu ayın əvvəllərində kəskinləşən çoxdankı münaqişəyə yanaşmada həkim prinsipindən çıxış etmək lazımdır: "Xətər yetirmə”. Putinin fikrincə bu məsələdə hər iki tərəfdən kompromislər tapılmalıdır. "Lakin münaqişənin həllin sön töhfəni Azərbaycan və Ermənistan xalqları verməlidir”-Putin əlavə edib.
Rusiya prezidenti Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti "olduqca həssas mövzu” adlandırıb.
