Azərbaycanla Rusiya arasında sənədlər imzalanacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibli görüşdə bildirib.
O, geniştərkibli görüşdə Rusiya hökumətinin demək olar tam tərkibdə təmsil olunduğunu söyləyib.
Putin 10 gün bundan qabaq hökumətlərarası komissiyanın iclasının Bakıda keçirildiyini, komissiyanın iki ölkə arasında münasibətlərin inkişafını və əldə olunan razılıqların tam həcmdə icra olunduğunu qeyd etdiyini vurğulayıb.
"Belə geniş tərkibdə iş yaxın perspektivdə və gələcəkdə addımlarımızı müəyyən etməyə imkan verir. Biz məhdud tərkibli görüşdə prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq. Biz hələ müvafiq sənədləri imzalamalıyıq. Həmkarlarımızın, eləcə də bizim qeyri-formal şəraitdə dünən söhbət etmək imkanı olub. Bu gün də onlar öz aralarında danışa və yaxın perspektivdə addımları müəyyən edə biləcəklər", - deyə Putin qeyd edib.
.