Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərində debatlarda iştirakdan imtina edib.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, MSK-ya prezidentliyə namizəd Vladimir Putinin debatlarda iştirakdan imtina etməsi barədə müraciət daxil olub.

Rusiyada martın 15-dən 17-dək keçiriləcək seçkilərdə prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.

Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezidenti Vladimir Putinin, Liberal-Demokrat partiyasının lideri Leonid Slutski, Kommunist partiyasında Nikolay Xaritonov və "Yeni İnsanlar" partiyasından Vladislav Davankovdur.

.