Rusiya prezidenti Vladimir Putin Pekində keçiriləcək Olimpiya Oyunlarını ziyarət edəcək.
Bu barədə Putin Çin Xalq Partiyasının sədr Si Tsinpinlə onlayn formatda danışıqları zamanı bildirib:
"Qarşıdan gələn Qış Olimpiya Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə şübhəm yoxdur. Çin bunu necə edəcəyini bilir", - deyə Putin vurğulayıb. Rusiya lideri əlavə edib ki, Moskva və Pekin beynəlxalq idman əməkdaşlığının inkişafında, o cümlədən idmanı və olimpiya hərəkatını siyasiləşdirmək cəhdlərinin rədd edilməsində bir-birini dəstəkləyir.
.
