Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Bu barədə “Armenpress” məlumat yayıb.
“Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir. Sizə cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə məktubda bildirilir.