Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.

 Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.

V. Putin deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır: "Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər".

.