"Neftin qiymətinin ucuzlaşmasının təkcə mənfi yox, müsbət tərəfləri də var. "Qara qızıl”ın qiymətinin ucuzlaşması Rusiyanın iqtisadiyyatının yaxşılaşmasına və daxili istehsalın artmasına öz təsirini göstərir”.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın "Bild” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Onun fikrincə, neftin qiymətinin baha olması indiyədək başda yüksək texnologiyalar olmaqla iqtisadiyyatın bir çox sahəsində inkişafın qarşısını kəsmişdi.
V.Putinə görə, Rusiyanın büdcə kəsiri elə də çox deyil.
.