Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

 Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.

Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verdi.

Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.

.