Rusiya prezidenti Vladimir Putin Macarsıtana səfəri zamanı bu ölkənin baş naziri Viktor Orbanla görüş keçirib. Ölkə başçıları arasında görüş zamanı iki tərəfli əməkdaşlıq və bir sıra müqavilərin imzalanması rəsmiləşdirilib.
Belə ki, mətbuatın yazdığına əsasən Vladimir Putin Macarıstana 10 milyard avro kredit verməyə razılaşıb. Rəsmi Budapeşt Rusiyadan aldığı maliyyəni "Pakş" atom elektrik stansiyasında (AES) əlavə iki nüvə reaktorunun inşaasına sərf edəcək. Hazırda Macarıstanın 40 faiz enerjisi həmin nüvə stansiyasının üzərindədir.
.
