“Şübhəsiz ki, Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri yerinə yetiriləcək”.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinə səfəri zamanı deyib.

“Ukraynada yetişdirilən anti Rusiya qüvvələrlə toqquşma qaçılmaz idi, bu, sadəcə vaxt məsələsi idi”, - Putin bildirib.

O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini qeyd edib.

Putin Ukraynada xüsusi əməliyyatı düzgün addım adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb.

Bu barədə Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfər edərkən bildirib.

“Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”, - Putin vurğulayıb.

Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb.

O, müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb.

.