NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.

“NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməyə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi”, - Putin vurğulayıb.

Rusiya sərhədləri yaxınlığında birbaşa təhlükə yaradıldı, o cümlədən Rusiyanın Krımına hücum hazırlanırdı.

Bunu Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda Qələbə Paradında çıxışında deyib.

“Açıq şəkildə Donbasda növbəti cəza əməliyyatına, tarixi torpaqlarımıza, o cümlədən Krıma təcavüzə hazırlıq gedirdi. Kiyevdə nüvə silahının mümkün əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı.

Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı”, - Rusiya Prezidenti vurğulayıb.

Putin bildirib ki, təhlükə hər gün artırdı: “Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını görürdük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verib. Bu, məcburi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır”.

Putin qeyd edib ki, Donbas silahlıları və Rusiya ordusunun əsgərləri əcdadlarının düşməni məğlub etdiyi öz torpaqlarında döyüşürlər.

Putin: “Rusiyaya Donbas probleminin sülh yolu ilə həlli üçün şans verilməyib”

Əgər Donbas probleminin sülh yolu ilə həll etmək üçün yalnız bir şans olsaydı, biz bu şansdan istifadə edərdik.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin bu şansın onlara verilmədiyini söyləyib.

Rusiya Prezidenti Donbassdakı xüsusi əməliyyatın icra olunduğunu, nəticəyə nail olunacağına heç bir şübhə olmadığını vurğulayıb.

.