Avrasiya İqtisadi Birliyi ölkələrinin qarşılıqlı ticarətində milli valyutalarla hesablaşmaların payı 75%-ə çatıb.

Bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib.

"Biz milli ödəniş sistemlərinin və bank kartlarının uyğunlaşdırılması və qarşılıqlı istifadəsi üzərində işi davam etdirəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya qlobal iqtisadi arenadan çıxmaq fikrində deyil və sanksiyalar hamıya təsir edir, inkişaf etmiş ölkələrdə 40 ildir ki, belə inflyasiya olmayıb. O bildirib ki, Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir.

Putin: "Rusiyanı tərk edən xarici şirkətlərin yerini yerli şirkətlər tutacaq"

"Bəzi xarici şirkətlərin Rusiyadan getməsi ola bilsin ki, yaxşılığa doğrudur. Onların yeri tutulacaq".

Bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib. Onun sözlərinə görə, Rusiya biznesi ölkəni tərk edən şirkətlərin yerini tutacaq və heç nə dəyişməyəcək.

"Bəli, çoxları deyir ki, gedirlər. Bilirsiz, bəzən gedənlərə də baxırsan, bəlkə də. şükür Allaha ki, gedirlər. Biz onların yerlərini tutacağıq. Bizim biznesimiz, istehsalımız artıq böyüyüb, tərk edən şirkətlərin yeri tutulacaq. Heç nə dəyişməyəcək”, - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında qeyd edib.

.