Rusiya iqtisadiyyatı bütün çətinliklərə baxmayaraq, sanksiya zərbələrinə layiqincə tab gətirir.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Bütün çətinliklərə baxmayaraq, qeyd etmək istərdim ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə tab gətirir. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir", - Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət Rusiya hakimiyyətindən xüsusi səylər tələb edir, ümumilikdə bu səylər müsbət nəticə verir: "Bəli, əlbəttə ki, hər şey asan deyil. Baş verən hər şey hökumətin iqtisadi blokundan xüsusi diqqət və səy tələb edir. Ümumiyyətlə, bunu vurğulamaq istəyirəm ki, bu səylər müsbət nəticə verir", -

Putin bunun o cümlədən, Rusiya Federasiyası ilə Belarus arasında ticarətin səviyyəsinə təsir etdiyinə də diqqət çəkib.

Putin rublun möhkəmlənməsinə kömək edən amillərdən danışıb

Rusiyanın digər ölkələrlə, o cümlədən Belarusla ticarətdə milli valyutaya keçməsi rublun möhkəmlənməsinə kömək edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.

"Tərəfdaşlarımızla milli valyutaya, rublla ticarətə keçid də özünü hiss etdirir. Vəziyyət obyektiv şəkildə elə inkişaf etdi ki, biz bunu etdik”, - Rusiya Prezidenti Moskva ilə Minsk arasında ticarət dövriyyəsinin artımından danışarkən bildirib.

Putin qeyd edib ki, Rusiya və Belarus birlik dövləti tələsmədən möhkəmlənir, tərəflər hər addımı yoxlayır: “Burada, razılaşdığımız kimi, biz hər şeyi təmkinlə, tələsmədən edirik, hər bir addımımızı elə tənzimləyirik ki, hər bir addım bizi daxildən, xaricdən gücləndirsin, siyasi sistemlərimizi gücləndirsin, onların inkişafı üçün şərait, iqtisadi inkişaf üçün möhkəm zəmindir yaratsın”.

Putin Lukaşenko ilə danışıqlarda ittifaq dövlətinin qurulması ilə bağlı gələcək prosesləri müzakirə etməyi təklif edib.

.