Rusiya bütün hallarda qarşısında duran vəzifələri həll edəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, əgər kimsə əməkdaşlıq etmək istəmirsə, o, bu yolla özünə zərər vurur.

Putin vurğulayıb ki, Rusiya Federasiyasının qarşısında duran vəzifələr bütün hallarda həll olunacaq: “Yekunda biz bundan faydalanacağıq, çünki dediyim kimi, əlavə səriştələrə yiyələnəcəyik”.

Putin qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi məsləhət görüb

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi və məhdudiyyətlər qoymamağı məsləhət görüb.

Putin Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, bundan sonra da yerinə yetirəcəyini qeyd edib.

“Mən də onlara (qonşu ölkələrə - red.) vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı məsləhət görərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Vəziyyəti gərginləşdirməyə, münasibətlərimizi pisləşdirməyə ehtiyac görmürük”, - "Marşal Rokossovski" gəmisində Rusiya Federasiyasının bayrağının qaldırılması mərasimində deyib.

.