Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən Qərbin ümid etdiyi blitzkriq baş tutmadı.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiya blitzkriqi baş tutmadı, ölkənin maliyyə sistemi və sənayesi işləyir.

Putin: “Ukraynada baş verənlər faciədir, ancaq başqa seçimimiz yox idi”

“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə söyləyib.

Ukraynada döyüşən rusiyalı hərbçilərə minnətdarlığını bildirən dövlət başçısı onların Rusiyanı müdafiə etdiyini vurğulayıb.

.