Qərb Rusiyanı zəiflətmək və məhv etmək üçün yeni şans axtarır.

Bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Qərb öz soyğunçu siyasətini davam etdirərək neokolonial sistemi yaşatmaq üçün hər şeyi etməyə çalışır: “Qərb Rusiyanı azad cəmiyyət deyil, müstəmləkə kimi görmək istəyir. Biz öz dəyərlərimizi Qərbdən qoruyacağıq. Qərb cəzasızlığa ümid edir və indiyə qədər də belə olub. Qərbə Rusiya lazım deyil, amma bizə Rusiya lazımdır”.

.