Yeni növ koronavirus (COVID-19) pandemiyası üzərində qələbədən danışmaq tezdir.

TASS verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət koronavirus pandemiyasından hansı dərsləri çıxarmaq barədə düşünməlidir.

“Hərçənd koronavirus üzərində qələbədən danışmaq hələ tezdir. Artıq indi bu fəlakətdən hansı dərsləri çıxarmaq, gələcəkdə oxşar vəziyyətlərin yaranacağı halda necə hərəkət edəcəyimiz barədə düşünmək lazımdır”, - deyə Rusiya dövlət başçısının adından "Primakov qiraətləri" forumunun iştirakçılarına ünvanlanmış müraciətdə qeyd olunub.
 

.