Kiyev İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Ukrayna tərəfi İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb. Özü üçün də, bizim üçün də vəziyyəti dalana dirəyib”, - Rusiya Prezidenti vurğulayıb.
Putin Kiyevin danışıqlarda mövqeyində yeni dəyişiklik barədə ona bazar ertəsi məlumat verildiyini, lakin bu dəyişikliklərin nədən ibarət olduğunu bilmədiyini qeyd edib.
Putin: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”
"Belarus prezidenti Aleksandr Lukaşenko Buçadakı təxribatla bağlı sənədləri təqdim edib".
Bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, Buçadakı hadisənin saxta olduğunu söyləyib.
Putin Suriyada da oxşar təxribatların törədildiyini xatırladıb: “Prezident Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham edərək oxşar təxribat törədilmişdi. Sonra məlum oldu ki, bu feykdir. Eyni feyk Buçadadır", - deyə Rusiya lideri vurğulayıb.
Putin general rütbəsinə ehtiyac duymur
Bildiyiniz kimi, mənim general rütbəm yoxdur, amma xalqıma sadiq xidmət edirəm.
TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Amur vilayətində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında söyləyib.
Putin jurnalistlərə general rütbəsinə ehtiyac duymadığını vurğulayıb.
