“Əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır. Ümid edirəm ki, biz buna nail olacağıq”

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında bildirib.

“Biz çoxtərəfli formatın da tapılmasının tərəfdarıyıq. O cümlədən, Minsk Qrupunun işini aktivləşdirməyin tərəfdarıyıq. Biz bunun üzərində, o cümlədən tərəfdaşlarımızla işləyirik. Başlıcası, əsas məqsədə çatmaqdır - təhlükəsizlik vəziyyətinin yaradılması və gələcəkdə münasibətlərin müsbət şəkildə qurulması. İndiyə qədər qarşımıza məqsəd olaraq qoyduğumuza ümumilikdə nail ola bilmişik. Əlbəttə ki, gələcəyə baxmaq lazımdır, bundan sonra nə olacağına baxmaq lazımdır. Məsələ onda deyil ki, bizim Bəyanatların müvafiq bəndində Rusiya kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü nəzərdə tutulur. Bəyəm məsələ bundadır? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadır. Budur ən əsas məsələ...Ümid edirəm ki, biz buna nail olacağıq”, seyə Putin vurğulayıb.

Putin: “Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər”

Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib.

"İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Putin daha sonra əlavə edib ki, birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır: “Baş vermiş hadisələrin faciələrinə baxmayaraq, onlar siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. Yenə də Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər.

Bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”.

Rusiya prezidenti Zəngəzur dəhlizindən danışıb

”Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

“Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır.

Bunu etmək mümkündürmü, ya yox? Mümkündür. Qan tökülməsini dayandırmaq üçün bizdən asılı olan hər şeyi etdik, təkcə bunu deyil: sülhməramlılarımız layiqincə vəzifələrini yerinə yetirirlər”, deyə Rusiya prezidenti vurğulayıb.

.