Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın təşəbbüsü ilə çağırılan növbədənkənar sessiyasında iştirak edəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası oktyabrın 28-də keçiriləcək. Sessiyada KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının işinin nəticələri müzakirə olunacaq.
.
