Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində problemlər var, lakin təşkilat üzv ölkələrin suverenliyinin qorunmasına kömək edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində çıxışında bildirib.

“Əlbəttə, biz təkcə nailiyyətləri deyil, həm də problemləri görürük”, - deyə Putin vurğulayıb.

O, bu problemlərə artıq görüş iştirakçıları tərəfindən toxunulduğuna diqqət çəkib: "Bu gün biz danışacağıq, düşünürəm ki, heç bir kamera olmadan bu barədə daha ətraflı danışacağıq. Ancaq yenə də bizə aydındır ki, KTMT çərçivəsində birgə iş görünən praktik nəticələr verir, ölkələrimizin milli maraqlarının, suverenliyinin və müstəqilliyinin qorunmasına kömək edir”.

Putin həmçinin hesab edir ki, 2022-ci ildə KTMT-yə üzv ölkələrin birgə işinin dinamikası artıb.

"KTMT üzvləri xarici işlər və müdafiə nazirlikləri, təhlükəsizlik şuraları, parlamentlər vasitəsilə birgə mexanizmlər çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Mütəmadi olaraq məsləhətləşmələr keçirilir, məsləhətləşmələr zamanı siyasi və strateji məsələlər, regional aktual problemlər və beynəlxalq gündəmüzrə razılaşdırılmış mövqe hazırlanır”, - deyə Rusiya prezidenti qeyd edib.

Bundan əlavə, Putin bildirib ki, Rusiya Federasiyası KTMT sülhməramlı qüvvələrinin müasir silahlarla təchiz edilməsi qərarını dəstəkləyir.

"Məmnuniyyətlə qeyd etmək olar ki, Qazaxıstanda sülhməramlı əməliyyat zamanı əldə edilmiş çox dəyərli praktiki təcrübə biz və təşkilatın katibliyi tərəfindən təhlil edilib. Rusiya, əlbəttə ki, təşkilatın sülhməramlı qüvvələrinin müasir silahlarla, hərbi və xüsusi texnika ilə, həmçinin xüsusi vasitələrlə təchiz edilməsi ilə bağlı təsdiqimizə təqdim edilmiş mühüm qərarı dəstəkləyir”, - deyə Putin əlavə edib.

.